Berbatov “Mançester Yunayted”dən ayrılır
03.08.2011 - 23:18
Berbatov “Mançester Yunayted”dən ayrılır
"Mançester Yunayted"in bolqar hücumçusu Dimitar Berbatov karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, onunla PSJ yaxından maraqlanır.

"Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Ferqyusson da Berbatovun komandadan ayrıla biləcəyini təsdiqləyib: "Ola bilsin ki, Berbatov "Mançester Yunayted"i tərk etsin. Hər şey mümkündü".

Mançester təmsilçisinin Berbatov üçün PSJ-dən 23 milyon avro istədiyi bildirilir. "Palermo"nun yarımmüdafiəçisi Xavyer Pastore üçün 43 milyon avro xərcləyən fransızların Berbatovu transfer edəcəyi istisna edilmir.

Qeyd edək ki, Berbatov 3 il öncə "Tottenhem" klubundan 38,5 milyon avroya transfer edilmişdi.