Yığmamızı bəyənməyən futbolçu Çempionlar Liqasında qol vurdu
03.08.2011 - 23:02
Yığmamızı bəyənməyən futbolçu Çempionlar Liqasında qol vurdu
Ötən ilin sonlarında milliləşərək Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulan Jiloan Hamad Çempionlar Liqasında fərqlənib. Apasport.az saytının xəbərinə görə, İsveçin “Malmö” klubunda oynayan 21 yaşlı futbolçu III təsnifat mərhələsinin cavab oyununda “Reyncers”lə matçın qəhrəmanı olub. O, qarşılaşmanın 80-ci dəqiqəsində hesabı bərabərləşdirməklə, komandasının mərhələ adlamasında böyük rol oynayıb -1:1.

Belə ki, səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazandığından, “Malmö” növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, millimizin baş məşqçisi Berti Foqts Hamadı komandamıza dəvət etsə də, futbolçu bu təklifə “yox” demişdi.