“Beşiktaş”ın futbolçusu: Azərbaycan yığması nə favoritdir, nə də hədiyyə
04.08.2011 - 09:22
“Püşkün nəticəsindən çox razıyam. Hesab edirəm ki, Portuqaliya yığmasının bu qrupda 1-ci yeri tutmaq üçün bütün şansları var. Mən öz komandama əminəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının futbolçusu Uqo Almeyda deyib.
Ötən mövsümdən “Beşiktaş”da oynayan təcrübəli hücumçuya millimiz yaxşı tanışdır. Belə ki, Uqo 2007-ci ilin oktyabrında yığmamızla Avro-2008-in seçmə mərhələsi çərçivəsində Bakıda 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda qol vurub.
Rəqiblər haqda danışan Almeyda bizə də toxunub: “Əlbəttə, bizim çətin rəqiblərimiz olacaq. Əsas rəqib kimi Rusiyanı sayardım. Bu, böyük futbol ənənələrini, güclü futbol liqasını və əla milli komandanı təmsil edən ölkədir. Fikrimcə, İsrail yığması da çoxlarının əsəbləri ilə oynayacaq və həmçinin, dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. Bu komanda yaxşı oyunçu seçiminə malikdir və bizi onlara qarşı asan olmayan oyunlar gözləyir. Azərbaycana gəlincə, bu komanda dünya və Avropada yerini axtarır. Əlbəttə, Azərbaycan yığması favorit deyil, ancaq hədiyyə də deyil. Biz bütün rəqiblərlə oyunlarda çox diqqətli olmalıyıq. Çünki seçmə mərhələ hamı maksimal motivasiyalı olacaq”.

0
0