“Xəzər Lənkəran”ın bəyənmədiyi futbolçu Rusiyada oynaya bilər
04.08.2011 - 11:22
Mövsümlərarası fasilədə “Xəzər Lənkəran”ın düşərgəsində yer alan rumıniyalı qapıçı Emilian Dolha Rusiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandasının 31 yaşlı sabiq qapıçısı I divizion təmsilçisi “Fakel”də baxışdadır.
Voronej təmsilçisi baxışda olan 2 qapıçını geri qaytardıqdan sonra Emilianı sınamağı qərara alıb. Son klubu “Dinamo” olan Dolha Buxarestin digər təmsilçisi “Rapid”dəki çıxışı ilə tanınır.
Qeyd edək ki, milli komandada 2 oyun keçirən rumıniyalı onu yaxşı tanıyan həmyerlisi Mirça Rednikin dəvəti ilə “Xəzər Lənkəran”a baxışa gəlmişdi. Ancaq təcrübəli qapıçı bəyənilmədiyindən, geri qaytarılmışdı.

0
0