1000 manat ödə, UEFA-nın kurslarında iştirak et!
04.08.2011 - 11:46
Bakıda UEFA B kateqoriyalı məşqçi kursları keçiriləcək. Apasport.az saytının məlumatına görə, sentyabrın 6-dan 19-dək paytaxtımıza keçiriləcək kurslara 15 və 16 yaşlılardan ibarət yığma komandalarımızın almaniyalı baş məşqçisi Nikolay Adam rəhbərlik edəcək.
Kursda yerlər məhdud olduğundan, yalnız sənədləri daha tez təqdim edən 18 nəfər iştirak edə biləcək. Kursların qiyməti 1000 manatdır. Ödənişlər nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Kursda yerlər məhdud olduğundan, yalnız sənədləri daha tez təqdim edən 18 nəfər iştirak edə biləcək. Kursların qiyməti 1000 manatdır. Ödənişlər nağd və ya köçürmə yolu ilə aparıla bilər.
0
0