Rəşad Sadiqov “Brügge”yə qarşı oynamaq istəyir
04.08.2011 - 11:58
Rəşad Sadiqov “Brügge”yə qarşı oynamaq istəyir
Ağdamın "Qarabağ" klubunun kapitanı Rəşad Sadiqov əsl qətiyyət nümayiş etdirir. Apasport.az saytının məlumatına görə, 1 həftə öncə 29 yaşlı qardaşı Səbuhi itirən yarımmüdafiəçi avrokuboklarda ölkəmizin yeganə təmsilçisi olan komandasını tək buraxmır.

Artıq 3 gündür ki, “Qarabağ”la birgə məşqlərə başlayan Sadiqov özünü yaxşı hiss edir. Hətta əldə etdiyimiz məlumata görə, Rəşadın bu gün Belçikanın "Brügge" klubu ilə cavab görüşündə iştirakı da gözlənilir. Bununla bağlı baş məşqçi Qurban Qurbanov və kapitan arasında fərdi söhbət də olub.

Qeyd edək ki, "Qarabağ"- "Brügge" görüşü saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Belçikadakı görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib.