Rəşad Abdullayev məşqlərə qatılmır
04.08.2011 - 13:27
"Neftçi" klubunun futbolçusu Rəşad Abdullayev komandanın məşqlərinə qatılmır. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi zədədən sonra bərpa prosesi keçir.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dinamo" (Zaqreb) ilə Bakıda keçirilən cavab görüşünün fasiləsində əvəzlənən Abdullayev hələ də özünü yaxşı hiss etmir. O, məşqlərə qatılmasa da, müxtəlif variantlarla zədəsini tez sağaldmaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi"nin heyətində hazırda 3 zədəli futbolçu var. Bunlar İqor Mitreski, Rodriqinyo və Rəşad Abdullayevdir. Mitreski və Abdullayevdən fərqli olaraq, Rodriqinyonun zədəsi olduqca ciddidir. Hətta onun üçün mövsüm başa çatmış da sayıla bilər.

0
0