“Turan”ın müraciətinə rədd cavabı
04.08.2011 - 13:38
“Turan”ın müraciətinə rədd cavabı
“Biz Anar Nəzirovu “Turan”a necə verə bilərik? Onda bizim ikinci qapıçımız kim olacaq?” Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Yeni mövsüm öncəsi qapıçı problemi ilə üzləşən “Turan” bu boşluğu doldurmaq üçün “Qəbələ”nin ehtiyat qapıçısı Anar Nəzirovu heyətinə qatmaq niyyətində idi. Hətta Tovuz təmsilçisi bununla bağlı qarşı tərəfə müraciət də etmişdi.

Lakin “Qəbələ” bir vaxtlar “Turan”ın uğurları üçün tər tökmüş qolkiperi buraxmaq niyyətində deyil. Çünki klubda ona əsas qapıçı Pavel Doroşevsin əvəzləyicisi kimi baxılır: “Anarı “Turan”a buraxsaq, onda bizim ikinci qapıçımız olmayacaq. Buna görə də, onların müraciətinə mənfi cavab vermişik. Nəzirov bizim əvəzedici qapıçımızdır”.