“Qəbələ” şotlandiyalı qapıçı haqda qərar verdi
04.08.2011 - 13:58
“Qəbələ” şotlandiyalı qapıçı haqda qərar verdi
Şotlandiya yığmasının qapıçısı Qrem Smitin “Qəbələ” klubuna keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, Şotlandiyanın “Hibernian” klubunda oynayan 29 yaşlı legioneri transfer etməyəcəklər: “Smitin transferi qapanıb. Yəni mövsümlərarası fasilədə heyətimizə əlavə qapıçı cəlb etməyəcəyik”.

Qeyd edək ki, “Reyncers”in yetirməsi olan Qrem “Qəbələ”nin İngiltərə paytaxtı Londona təlim-məşq toplanışında baxışa dəvət olunmuşdu. O, hazırlıq prosesində, yoxlama oyunlarında pis təsir bağışlamasa da, qəbələlilər daha bir legioner qapıçı almağı lazım bilməyib.

Komandanın əsas qapıçısı latviyalı Pavel Doroşev inamlı oyunu ilə seçilir. Onun əvəzləyiciləri isə gənc yerli həmkarları – Anar Nəzirovla Elnar Kəimovdur.