Milli komandamızda türkiyəli futbolçular
04.08.2011 - 14:15
Milli komandamızda türkiyəli futbolçular
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) növbəti yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert Estoniya ilə avqustun 9-da Tallindəki "A.Le Coq Arena"da baş tutacaq oyuna 19 futbolçu aparacaq.

Bunlar Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov (hamısı "Qarabağ"), Emil Balayev, Eşqin Quliyev, Emin Mustafayev, Kamil Nurəhmədov (hamısı "Sumqayıt Şəhər"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Tərlan Quliyev Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Ruslan Qurbanov (hamısı "Neftçi"), Novruz Məmmədov ("Bakı"), Araz Abdullayev (“Everton”, İngiltərə), Əli Gökdemir ("Hannover-96", Almaniya), Amit Quluzadə ("Erciyesspor", Türkiyə), Cihan Özkara ("Sivasspor", Türkiyə), Bədəvi Hüseynov, Mixail Zaytsevdir (hər ikisi "Anji").

Lippertdən Bakıda bu gün başa çatan təlim-məşq toplanışından sonra heyətdə dəyişiklik edərək, son seçimini müəyyənləşdirib. Hazırlıq prosesinə dəvət edilsə də, Berti Foqtsun əsas yığmaya cəlb etdiyi, Makedoniya yığması ilə yoldaşlıq görüşünə çağıracağı gözlənilən yarımmüdafiəçi Ufuk Budak (“Frayburq, Almaniya) də Tallinə aparılmayacaq.

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Bakı vaxtilə saat 19:00-da başlayacaq.

Mənbə: affa.az