Georgi Adamiya və Bəxtiyar Soltanovun diqqətinə!
04.08.2011 - 14:39
“Qarabağ”ın 2 futbolçusuna Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” klubu ilə cavab oyununun baş hakim Saşa Kever yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Bəxtiyar Soltanovla gürcü hücumçu Georgi Adamiya isveçrəli FİFA referisi ilə elə avrokuboklarda görüşüblər.
Bu, onlar “Bakı”nın heyətində çıxış etdikləri zamanı 2009-cu ilin iyulun 14-də Çempionlar Liqasının II təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə səfər oyununda olub. Özü də Kever Panevejis şəhərində keçirilən görüşdə həm Adamiya, həm də Soltanova sarı vərəqə göstərib. O, Georgiyə 16-cı dəqiqədə kobud oyuna görə xəbərdarlıq edib. 22 yaşlı Soltanov isə 86-cı dəqiqədə topa fitdən sonra zərbə vurduğu üçün “sarı” alıb. Bəxtiyarla Adamiya artıq bu hakimlə meydanda üzləşdiklərindən, xüsusilə diqqətli olmalıdırlar.
Ümumiyyətlə, Kever 2:2 hesabı ilə nəticələn həmin oyunda qətiyyətini nümayiş etdirib, futbolçulara güzəşt etməyib. Təsadüfi deyil ki, bəstəboy isveçrəli görüşdə 10 sarı vərəqə göstərməklə, diqqət mərkəzinə düşüb. Onun matçda qapımıza penalti verməsinə də diqqət yetirməyə dəyər. Rəqib 50-ci dəqiqədə məhz bunun sayəsində hesabı açıb. Keverə “Ekranas” – “Bakı” oyununda yardım edən həmyerlisi Daniel Vermelinger yenə onun başçılıq etdiyi briqada yer alıb. Fərq ondadır ki, Daniel Litvada ehtiyat hakim idisə, Tofiq Bəhramov adına Respublika stadionunda yan xətt hakimi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Bəxtiyar ötən mövsüm bitəndən sonra “Qarabağ”a keçibsə, 30 yaşlı Georgi keçən ilin qışında “zolaqlılar”dan Ağdam təmsilçisinə transfer olunub.
Mehman SÜLEYMANOV

0
0