“Brügge”nin hücumçusu Bakıda əylənmək arzusunda
04.08.2011 - 14:44
“Brügge”nin hücumçusu Bakıda əylənmək arzusunda
“Hücumçular üçün qol vurmaq həmişə əyləncəli olub. Çünki vurulan qol qələbədə mühüm rol oynayır. İlk oyundakı uğurumu Bakıda da təkrarlayıb, əylənmək istəyirəm".

Apasport.az saytının məlumatına görə, bu sözləri “Brügge”nin hücumçusu Byörn Vleminks deyib. Ötən mövsüm Hollandiyada bombardir olduqdan sonra yenidən “Brügge” yə qayıdan futbolçu seçimini belə izah edib:

“Avrokuboklarda çıxış etdiyi üçün “Brügge”nin təklifini qəbul etdim. Avropa macərası mənim üçün başlıca səbəb oldu. İndi bu həyəcanı davam etdirmək üçün “Qarabağ” səddini keçməliyik”.

Bakıda ilk dəfə olduğunu söyləyən Vleminks paytaxtımızla bağlı təəssüratlarını bölüşüb:

“Azərbaycana səfər etməyin də öz gözəlliyi var. Bakını ilk dəfədir ki, görürəm. Düzdür, şəhəri gəzmək imkanımız olmayıb. Amma ilk baxışdan Bakı məndə xoş təəssürat oyatdı”