Qapıdakı təhlükə
04.08.2011 - 15:20
“Turan” Azərbaycan Premyer Liqasının növbəti mövsümünün startı ərəfəsində ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi avqustun 6-da “İnter”lə səfər oyunu öncəsi 1 qapıçının ümidinə qalıb.
Bu da gənc, təcrübəsiz Ramil Kərimovdur. 21 yaşlı qapıçı Premyer Liqada debüt mövsümünü keçirəcək.
Tovuz klubu bir vaxtlar onun şərəfini qoruyan Anar Nəzirovu qaytarmaq istəsə də, “Qəbələ” bu qapıçını heyətində saxlamağı lazım bilib. “Turan”ın ehtiyat qapıçısı olmadığından, əvəzedici heyətdən kiminsə adını “İnter”lə oyunun protokoluna daxil etməlidir.
Əks halda, Ramil zədələnərsə və yaxud qırmızı vərəqə alıb meydanda çıxarılarsa, onda “Turan”ın işi çətinləşəcək və sahə oyunçusunu qapıya qoymaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, tovuzluların ötən mövsüm qapıçıları olan Kamal Bayramovla rusiyalı Şamil Saidov komandadan gedib. Kamal karyerasını “Xəzər Lənkəran”da davam etdirir.

0
0