“Qalatasaray” axtarışla bağlı rəsmi açıqlama yaydı
04.08.2011 - 15:01
“Qalatasaray” İstanbul polisinin Floryadakı Mətin Oqtay təsislərində apardığı axtarışlarla bağlı rəsmi açıqlama yayıb. APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, aparılan bir təhqiqat çərçivəsində “Qalatasaray” klubunun idman koordinatoru Bülənt Tülünün şahid qismində prosesə cəlb olunması zərurəti yaranıb: “Həm cənab Bülənt Tülün, həm “Qalatasaray” idman klubu Əmniyyət Müdirliyi və Prokurorluğa hər cür yardımı göstərməkdədir. Hazırda Floryada cənab Bülənt Tülün polis əməkdaşları ilə bir yerdədir”.
0
0