Portuqaliya yığmasının lideri karyerasını bitirir
04.08.2011 - 16:08
Portuqaliya yığmasının aparıcı futbolçusu Deku millimizlə yenidən görüşə bilməyəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 34 yaşında karyerasını bitirməyə qərar verib.
Hazırda Braziliyanın “Fluminense” klubunda oynayan Dekunu son vaxtlar zədədən əziyyət çəkir. O, bu səbəbdən mütəmadi oynamadığından, yaşıl meydanda çıxışını başa vurmaq istəyir. Fikirləşmək üçün vaxt götürən təcrübəli futbolçu qərarını yayın sonunda rəsmən açıqlayacaq.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində rəqibimiz olan Portuqaliya yığması əslən braziliyalı olan Dekunu milliləşdirib. Yarımmüdafiəçi Avro-2008-in seçmə mərhələsində yığmamızla hər 2 görüşdə oynayıb.

0
0