“Sevilya”da oynamış futbolçu “Xəzər Lənkəran”a gəlir
04.08.2011 - 23:05
“Xəzər Lənkəran”ın düşərgəsinə daha bir futbolçu gəlib. Komandadan apasport.az saytına verilən xəbərə görə, baş məşqçi Mirça Rednik sloveniyalı hücumçunu sınaqdan keçirəcək.
Adını dəqiqləşdirə bilmədiyimiz futbolçu bundan öncə də “ağ-yaşıllar”ın düşərgəsinə olmuşdu. Yanvarda dövrələrarası fasilədə Antalyada “Xəzər Lənkəran”da baxışda olan Rusiç hətta “Zarya” (Ukrayna) ilə yoxlama matçında da forma geyinmişdi. Amma həmin vaxt ərəb klublarından birinə yollanan futbolçu yenidən Rednikin etimadını qazanmağa çalışacaq.
Gecə saatlarında isə daha 2 futbolçu Bakıya gələcək. Bunlardan biri vaxtilə İspaniyanın əsas komandasında 1 oyun keçirmiş Mario Rosasdır. Digəri isə “Sevilya”da oynadığı deyilən, Dani ləqəbli (adını dəqiqləşdirə bilmədik) futbolçudur.

0
0