Əfran İsmayılov: Uduzsaydıq, təzyiqlə üzləşərdik
04.08.2011 - 23:38
“İşimizin çətin olacağını bilirdik. Azarkeşləri sevindirmək üçün qələbə lazım idi. Bu, reytinq xalı qazanmaq baxımından da faydalı idi. Sonda istəyimizi gerçəkləşdirməyimizə sevinirəm”. Bu fikirləri apasport.az saytına “Bürügge” ilə oyundan sonra “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.
Yarımmüdafiəçinin bildirdiyinə görə, rəqib keçilməz deyildi. Sadəcə, səfərdə 1:4 hesablı məğlubiyyət onlara psixoloji təsir edib: “Bürügge” Avropanın güclü klublarındandır. Bu, komandaya qalib gəlmək asan iş deyil. Rəqib meydanda uduzduğumuzdan, evdə məsuliyyət daha artıq idi. Cavab matçında da məğlub olacağımız təqdirdə, idman ictimaiyyəti və mətbuatda təzyiqlə üzləşərdik. Bu üzdən, Bakıda yalnız qələbəyə köklənmişdik”.

0
0