“Qarşıdakı mövsümdə məqsədimiz çempionluq titulunu qorumaqdır”
05.08.2011 - 17:47
"Böyükağa Hacıyev tanınmış mütəxəssisdir. Məşqlərimiz çox maraqlı keçir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov klubunun rəsmi saytına açıqlamasında deyib. 21 yaşlılardan ibarət yığma komandamızın üzvü olan yarımmüdafiəçi növbəti mövsümdə hədəflər haqda danışıb. Əsas heyətə düşməyə iddialı olan Mirhüseyn “Neftçi”nin yeni baş məşqçisi Böyükağa Hacıyevin etimadını qazanmaq istəyir: “Bizim işimiz məşqlərdə canla-başla iştirak etməkdir. Hamımız həvəslə çalışırıq. Qarşıdakı mövsümdə məqsədimiz çempionluq titulunu qorumaqdır. Həm də biz gənclər özümüzü yalnız yaxşı tərəfdən göstərib, əsas heyətdə yer almağa çalışacağıq".
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Hüseynov ötən mövsümün əvvəlində əsas heyətdə yer alsa da, sonradan daha çox ehtiyatda qaldı.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Hüseynov ötən mövsümün əvvəlində əsas heyətdə yer alsa da, sonradan daha çox ehtiyatda qaldı.
0
0