“Qəbələ”nin yeni transferi məşhur futbolçularla bir arada
06.08.2011 - 09:38
“Qəbələ”nin yeni transferi məşhur futbolçularla bir arada
“Qəbələ” klubunun serbiyalı yeni transferi Veseljiko Trivunofiçin Rusiyaya yollanacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Serbiya yığmasının Vladimir Petroviç Rusiya milli komandası ilə avqustun 10-da Moskvada keçiriləcək yoldaşlıq görüşünə açıqladığı heyətdə karyerasını ölkəmizdə davam etdirməyə qərar verən 31 yaşlı yarımmüdafiəçi yer alıb. Trivunoviç Nemanya Vidiç (“Mançester Yunayted”), Miloş Krasiç (“Yuventus”), Deyan Stankoviç (“İnter”) kimi məşhur həmyerliləri ilə birgə 23 nəfərlik siyahıda yer alıb. Petroviç bildirib ki, Avro-2012-in seçmə mərhələsində son sınaq olan bu yoldaşlıq görüşünə əvvəl çağırılan və bundan sonra da heyətdə mübarizə aparmağa iqtidarında olan futbolçuları dəvət edib.