“Bakı”nın 2 futbolçusu “Qəbələ” ilə matçda oynamayacaq
06.08.2011 - 10:04
“Bakı”nın 2 futbolçusu “Qəbələ” ilə matçda oynamayacaq
“Bakı”nın 2 futbolçusu Azərbaycan Premyer Liqasının ilk turunda iştirak etməyəcəklər. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, serbiyalı müdafiəçi Stevan Bateslə milli komandamızın da üzvü olan yarımmüdafiəçi Əziz Quliyev “Qəbələ” ilə sabahkı səfər oyununda meydana çıxmayacaqlar. Onlar son məşqdə komandadan ayrı həkim nəzarəti altında çalışıblar. Bates əzələsi dartdığından, Əziz isə əməliyyatdan sonra bərpa prosesini davam etdirdiyindən, “Bakı”dan ayrı hazırlaşıblar.

“Zolaqlılar” son məşqini Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Fiziki təmrinlər üzrə başlayan məşq ardından topu çalışmalarla davam edib, qapıya zərbələrlə yekunlaşıb. Bu səhər Qəbələyə yola düşən komanda son məşqini saat 18:00-da oyunun keçiriləcəyi şəhər stadionunda keçirəcək. Sabah 2 komanda arasında görüş də həmin vaxt başlayacaq.