“Xəzər Lənkəran” Sloveniya yığmasının hücumçusunu aldı
06.08.2011 - 10:26
“Xəzər Lənkəran” Sloveniya yığmasının hücumçusunu aldı
“Xəzər Lənkəran” növbəti transferini reallaşdırıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, lənkəranlılar sloveniyalı hücumçu Deyan Rusiçlə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu vətənində oynamaqla yanaşı, legioner həyatı da yaşayıb. Belə ki, Deyan Rumıniyanın “Timişioara” və Rusiyanın “Spartak” (Nalçik) klubunda oynayıb. Qışda “Xəzər Lənkəran”da baxışda olan Rusiç keçidi baş tutmadıqdan sonra Səudiyyə Ərəbistana yollanıb və son yarım ili “Əl Taavon” klubunda keçirib. O, 2007-ci ildən bir neçə dəfə milli komandasına dəvət olunub.