Vaqif Cavadovun Rusiyada oynamağında problem qalmadı
06.08.2011 - 11:08
Vaqif Cavadovun Rusiyada oynamağında problem qalmadı
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında debütünə əngəl qalmayıb. Apasport.az saytının məlumatına görə, Nijni-Novqorodun “Volqa” klubu 2 ay öncə transfer etdiyi 22 yaşlı hücumçumuzu nəhayət, sifariş edib. Vaqif komandasının iştirak ərizəsinə daxil etdiyi 7 futbolçudan biri və özü də yeganə hücumçu oldu. Bununla da Cavadov bu gün XIX turda “Rostov”la ev oyununda meydana çıxa bilər.

Qeyd edək ki, Rusiya Premyer Liqası təmsilçiləri dövrlərarası fasilədə transfer etdikləri yeni futbolçuların xidmətindən yalnız avqustdan istifadə edə bilər.