Qus Hiddink Türkiyədə yeni vəzifə aldı
06.08.2011 - 12:44
Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi milli komandanın baş məşqçisi Qus Hiddinkə yeni vəzəifə tapşırıb. Apasport.az saytının məlumatına görə, 65 yaşlı hollandiyalı mütəxəssisin istədiyi kimi bütün yığmalar tapşırıldı. Hiddinki təkcə əsas yox, aşağı yaş qruplarından olan bütün yığmalara rəhbərlik edəcək və ona bu işdə yardımçısı Oğuz Çətin kömək edəcək. Yığmaların koordinatoru olan Türkiyə millisinin sabiq çalışdırıcı Ərsun Yanala isə başqa iş həvalə olunub və onu qəbul etməzsə, yollar ayrılacaq.
TFF-in yeni prezidenti Mehmet Əli Aydınlar hələ xələfi Mahmut Özgənərin vaxtında milliyə gətirilən Hiddinkin istəyinin həyata keçirilməsi üçün təlimat verib, milli komandalar cavabdeh rəsmi şəxs Cüneyt Tanman bu işə başlayıb. Gələn ilin sonuna türklərlə müqaviləsi olan hollandiyalı adı daha çox “Çelsi”nin ətrafında hallansa da, hazırkı işindən, ona etimadın artırılmasından son dərəcədə məmnundur. Hiddink Türkiyə yığmasını 2012-ci il Avropa çempionatının final mərhələsinə çıxararsa, müqaviləsinin müddəti uzadılacaq.
Qeyd edək ki, “ay-ulduzlular” Avro-2012-in seçmə mərhələsində son oyununu bu ilin oktyabrında evdə milli komandamızla keçirəcək. Hiddinkin komandası ötən ilin oktyabrında millimizə Bakıda 0:1 hesabı ilə uduzub.

0
0