“İnter”lə oyun öncəsi stadionda özünü saunada olduğu kimi hiss edirsən”
06.08.2011 - 13:35
“Milan”ın vitse-prezidenti Adrian Qalliani İtaliya Superkubokunda “İnter”lə bugünkü görüş öncəsi maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Qalliani Milan derbisinin keçiriləcəyi Çinin paytaxtı Pekində dözülməz hava şəraitindən danışıb. O, havanın çox isti olmasını ciddi problem sayır: “Pekindəki iqlim şəraiti çox ağırdır. Stadionunda özünü saunada olduğu kimi hiss edirsən. Rütubət 90 faizdir. Ancaq “İnter”in də analoji problemləri olacaq. Bizi vacib oyun gözləyir. Klub muzeyinə daha bir mükafat aparmaq imkanımız var. Hərçənd bugünkü oyunun nəticəsinə görə ümumilikdə bütün mövsüm haqda mühakimə yürütmək olmaz. Qarşıda A seriyasında daha 38 oyun var”.
- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0