“Kəpəz”in dönüşü, Sumqayıtın yeni adı, “Rəvan”ın tarixə düşməsi
06.08.2011 - 14:00
“Kəpəz” 7 ildən sonra Azərbaycan milli çempionatına qayıdır. Apasport.az saytının məlumatına görə, bu adlı komanda sonuncu dəfə 2004/05 mövsümün ilk yarısında çıxış edərək, dövrlərarası fasilədə “Gəncə”yə çevrildi. O isə 2006-cı ildə mövsüm bitəndən sonra dağıldığından, Gəncə 4 il güclülər dəstəsində təmsil olunmadı. Nəhayət, Premyer Liqaya I divizionun çempionu kimi qayıdan Nizami yurdunun təmsilçisi ötən mövsüm bitəndən sonra yenidən adını dəyişdirdi. Daha doğrusu, “Kəpəz” adını qaytaran komanda əvvəlki əzəmətini də qaytarmağa çalışacaq. “Kəpəz” məhz indiki baş məşqçisi Mehman Allahverdiyevin rəhbərliyi altında 3 dəfə çempionluq, 4 dəfə ölkə kubokunu qazanmaqla, ən titullu klublarımızdan biridir.
Premyer Liqamızda Sumqayıt da yenidən təmsil olunacaq. Əslində bu şəhərin 19 ildir keçirilən milli çempionatımızda komandaları çox olub: “Xəzər”, “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbirliyi”. Hətta “Standard” son mövsümünü (2009/10) keçirdiyi zaman da Bakıdan “gənclik şəhəri”nə, orada I diviziona düşəndən sonra isə tarixin yaddaşına köçdü. Ancaq fərqli – “Sumqayıt Şəhər” adı ilə Premyer Liqamızda debüt edən bu klub 1 ildir yaranıb və əvvəlkilərə aidiyyatı yoxdur. Ötən il “Sumqayıt” adı ilə I divizionda oynayan komanda 7-ci yeri tutdu və Salyan “Muğan” klubunun Premyer Liqada çıxışını davam etdirməkdən imtinasından sonra güclülər dəstəsinə buraxıldı.
Digər debütant “Rəvan” isə Bakını təmsil edir və Premyer Liqaya I divizionda 2-ci yeri tutmaqla, vəsiqə qazanıb. Bununla da komanda 57-ci iştirakçısı kimi tarixinə düşdüyü milli çempionatımızda paytaxt təmsilçilərinin sayını artırıb. İndi “Rəvan”la yanaşı, “Neftçi”, “Bakı”, AZAL, və “İnter” Bakı klublarıdır. Əyalət komandalarından “Xəzər Lənkəran” Lənkəranı, “Qarabağ” Ağdamı, “Turan” Tovuzu, “Simurq” Zaqatalanı, “Qəbələ” eyniadlı məkanı təmsil edir. “Rəvan” Premyer Liqada bu gün “Kəpəz”lə oyunla debüt edəcək və Gəncədəki görüş yubiley (20-ci) çempionatımızın ilk matçı kimi tarixə düşəcək.
Qeyd edək ki, indiyə kimi yalnız “Neftçi”, “Qarabağ” və “Turan” bütün milli çempionatlarımızda oynayıb.
Mehman SÜLEYMANOV

0
0