Yığmamızın sabiq futbolçusu müflis olub?
06.08.2011 - 16:02
Azərbaycan millisinin “Xəzər Lənkəran”ın sabiq futbolçusu Füzuli Məmmədov Rusiyanın paytaxtı Moskvadakı mağazasını bağlamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, karyerasını 33 yaşında bitirib Azərbaycandan gedən Füzuli biznesdə uğur qazana bilmir.
"Xəzər Lənkəran"dan başqa, "Simurq", AZAL, "Karvan" klublarının da formasını geyinən Məmmədov futbolda bəzi nailiyyətlər əldə etsə də, biznes sahəsində bunu təkrarlamağı bacarmayıb.
Füzulinin Azərbaycana dönmək istəməsi həm də ailə problemləri ilə bağlıdır. Sabiq oyunçu ailəsinə daha çox vaxt ayırmaq üçün Azərbaycana qayıtmağı ideal variant hesab edir.
Füzuli vətənə qayıtdıqdan sonra köhnə peşəsi ilə məşğul olacaq. Belə ki, o, AFFA-nın təşkil etdiyi kurslara yazılıb, məşqçi lisenziyası almaq və özünü bu sahədə yoxlamaq niyyətindədir.

0
0