“Neftçi”də maraqlı məşq
06.08.2011 - 16:36
“Neftçi”də maraqlı məşq
"Məşqlərimiz maraqlı keçir. Gündə iki dəfə məşq edirik”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu Denis Silva deyib.

Yeni mövsümün startı ərəfəsində klubun saytına açıqlamasında braziliyalı legioner bildirib ki, baş məşqçi futbolçuların fiziki hazırlığında olan çatışmazlıqları aradan qaldırmağa çalışır: “Bu normaldır, nə qədər çox işləsək, bir o qədər yaxşıdır. İndi hər kəs Premyer Liqanın oyunlarına köklənib. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Hamımız yenidən çempionluq sevinci yaşamaq istəyirik”.