Azərbaycan çempionatında qeyri-azərbaycanlı fərqləndi
06.08.2011 - 17:57
Azərbaycan çempionatında qeyri-azərbaycanlı fərqləndi
Bu gün futbol üzrə XX Azərbaycan çempionatına start verilib. Apasport.az saytının xəbərinə görə, ilk turun ilk oyunu Gəncədə “Kəpəz” və Premyer Liqanın debütantı “Rəvan” arasında keçirilib.

Qarşılaşmada hesabı 38-ci dəqiqədə qonaq komandanın futbolçusu Con Pelu açıb. İsveçli legioner bununla yubiley çempionatımızın tarixinə ilk qolun müəllifi kimi düşüb.