“Milan” Superkuboka sahib çıxdı
06.08.2011 - 18:10
İtaliya Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının xəbərinə görə, əzəli rəqiblər “İnter” və “Milan” arasında baş tutan qarşılaşmada qapılara 3 top vurulub.
Çinin paytaxtı Pekində keçirilən görüşdə hesabı “İnter” açıb. 22-ci dəqiqədə Sneyder fərqlənib. Amma “Milan” əzmkarlıq göstərərək, qələbəni bayram edib. 60-cı dəqiqədə İbrahimoviç, bundan 9 dəqiqə sonra Boatenq rəqibi cəzalandırıb.

0
0