500-cü sevinc
07.08.2011 - 13:41
Azərbaycan Premyer Liqasının ilk turunun “Rəvan”la oyunu “Kəpəz” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Gəncədəki qarşılaşmada (3:2) vurulan sonuncu, meydan sahiblərinə qələbə gətirən qol tarixi əhəmiyyət kəsb edib.
Məsələ ondadır ki, bu matçadək “Kəpəz” ev oyunlarında 497 qol vurmuşdu. Ceyhun Sultanovun bakılıların qapısına vurduğu özünün 2-ci, komandasının 3-cü qolu isə 500-ə çatmağa imkan verib.
Bir sözlə, yarımmüdafiəçi gəncəlilərin 500-cü ev qolunun müəllifi olub. Söhbət reallıqda vurulan toplardan gedir. Yəni nəticəsi ləğv olunan matçlar və texniki nəticələr (3:0) nəzərə alınmır.
1992-ci ildən bəri 203-cü dəfə evdə oynayan “Kəpəz”in oyunu yalnız 189 dəfə baş tutub. Digər 14 ev matç texniki nəticə ilə yadda qalıb. Bunların 13-də 3:0 hesablı qələbələr turnir cədvəllərinə 39 qol yazdırıb. Lakin həmin 39 vurulmayan, verilən qollar texniki yolla əldə olunub. 189 görüşdə isə komanda 500 qol vurub.
“Kəpəz”in Gəncədə ilk qolu 1992-ci il mayın 3-də vurulub. İlk çempionatın ilk turunda “Turan”ı qəbul edən meydan sahibləri öz qol hesabını 28-ci dəqiqədə açıblar. Həmin vaxt matçdakı bərabərlik qolunu vuran Cavid Əhmədov fərqlənib.
Qeyd edək ki, 3 komanda – “Neftçi”, “Qarabağ”, “Turan” bütün çempionatların iştirakçısı olsa da yalnız bakılılar evdə 500 qol həddini aşmışdı. Hesabında 560 qol olan “Neftçi”dən sonra bu həddə çatan 2-ci komanda kimi tarixə düşən “Kəpəz” bir müddət elitadan kənar qalsa da “Qarabağ”la “Turan”ı üstələyir.

0
0