Aleksandr Starkov: Oyunumuz istədiyimiz kimi alınmadı
07.08.2011 - 19:42
“Sözsüz ki, çempionatın ilk turunun olması oyunumuza öz təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Aleksandrs Starkov deyib.
Latviyalı mütəxəssis Premyer Liqanın ilk turunun “Qəbələ” ilə oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Oyunumuz istədiyimiz kimi alınmadı. “Qəbələ”yə qarşı oyuna çox yaxşı hazırlaşmışdıq. “Qəbələ” lider komandalardan biridir. 3 xal qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. “Qəbələ”nin heyətində Mahir Şükürovun oyununu qeyd etmək istərdim”.
Mənbə: pfl.az

0
0