Makedoniya yığması Bakıya gəlməmiş yeni baş məşqçi tapdı
07.08.2011 - 20:10
Makedoniya yığması Bakıya gəlməmiş yeni baş məşqçi tapdı
Avqustun 10-da Azərbaycan milli komandası ilə Bakıda yoldaşlıq oyunu keçirəcək Makedoniya yığmasının baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Mirsad Yonuzun istefasından sonra boş qalan post uelsli Con Toşaka tapşırılıb. 62 yaşlı britaniyalı Makedoniya Futbol Federasiyası ilə müqaavilə imzalayıb.

Vaxtilə Madrid “Real”ı, "Deportivo", "Real-Sosedad”, "Beşiktaş", "Sportinq", "Sent-Etyen", "Kataniya" və "Mursiya" kimi klublarda, həmçinin Uels yığmasında çalışmış Toşak Bakıya gəlməyəcək. Belə ki, rəsmi debütü sentyabrın 2-də Avro-2012-nin Rusiya ilə MoskVadakı matçına təsadüf edəcək uelsli hələ bu postu təhvil almayıb. U-21 yığmasının baş məşqçisi Boban Babunski müvəqqəti ona tapşırılan milli komandanı Bakıya gətirdikdən sonra Toşaka təhvil verəcək.

Qeyd edək ki, Toşak Uels yığmasında bir neçə dəfə millimizlə görüşüb.