Sergey Yuran: İntizamla bağlı müəyyən problemlər var
07.08.2011 - 21:38
“AZAL komandasını qələbə ilə təbrik edirəm. Komandamızı 3 həftə ərzində yığmışıq, Premyer Liqada iştirak etməsi belə sual altında idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib.
Rusiyalı mütəxəssis Premyer Liqanın I turunda AZAL-a 0:3 hesablı ev məğlubiyyətini belə əsaslandırıb: “Fiziki cəhətdən hazırlıqlı olsaq da, oyun tapşırıqlarını yerinə yetirə bilmədik. İntizamla bağlı müəyyən problemlər var, bunu qarşıda düzəltməyə çalışacağıq”.

0
0