Madrid “Real”ının uçduğu təyyarə Bakıda məcbur eniş etdi
07.08.2011 - 21:47
Madrid “Real”ının uçduğu təyyarə Bakıda məcbur eniş etdi
Madrid “Real”ının futbolçuları bu gün səhər saatlarında Bakıda olublar. Apasport.az saytının xəbərinə görə, ABŞ və Asiyada keçirilən beynəlxalq turnirdə iştirakını başa vuran “Kral klubu”nun təyyarəsi Çindən qayıdarkən Azərbaycana məcburi eniş edib. Burada yanacaq dolduran təyyarə Bakıdan Madridə yola düşüb.
Dünya futbolunun ulduzlarının Azərbaycan paytaxtında təqribən bir saat ləngidikləri bildirilir.

Bakı vaxtı ilə saat 10:30-da isə "Real" İspaniyaya çatıb. Ümumilikdə, Madrid klubunun futbolçuları Azərbaycana çatmazdan öncə 15 saat yol qət etməli olublar.
sportske.net