“Simurq” – AZAL görüşündə nə(lər) oldu?
07.08.2011 - 23:04
“Simurq” – AZAL görüşündə nə(lər) oldu?
Premyer Liqanın ilk turunun Zaqatalada keçirilən ilk oyunu ilklərlə zəngin olub. Apasport.az saytını məlumatına görə, “Simurq” – AZAL görüşündə bir sıra ilklər qeydə alınıb.

Sergey Yuran ilk dəfə “Simurq”u rəsmi matça çıxardı.

O, ilk dəfə Azərbaycan Premyer Liqasının iştirakçısı oldu, təbii ki, baş məşqçi kimi.

Yuran Azərbaycanda çalışan ilk rusiyalı baş məşqçi kimi tarixə düşdü.

Premyer Liqa tarixinin 4-cü legioner baş məşqçisinin ilki ilk məğlubiyyətlə, özü də ilk böyük hesablı yenilgi ilə əlamətdar oldu və çalışdırıcı ilk qola həsrət qaldı.

Elxan Abdullayev ilk dəfə AZAL-ı baş məşqçi kimi meydana çıxardı.

Baş məşqçi kimi son matçını 2005-ci il dekabrın 18-də keçirən çalışdırıcı “Qarabağ”ın “Gənclərbirliyi” ilə Suraxanıdakı (1:1) heç-heçəsindən sonra ilk dəfə bu postda iş başında oldu.

2058 gündən sonra qayıdan Abdullayevin ilkı ilk qələbə ilə əlamətdar oldu.

AZAL isə mövsümdə ilk səfər qələbəsi qazanan komanda oldu. ilk 4 matçda qonaqlar qalib gələ bilməmişdi.

AZAL mövsümün ilk darmadağınının müəllifi oldu. Əvvəlki 4 oyunda heç 2 top fərqi ilə qalib gələn də tapılmamışdı.

Mövsümdə ilk avtoqol da AZAL-ın xeyrinə oldu. İlkə Rasim Ramaldanov üzüldü.

Mövsümün ilk qırmızı vərəqəsini Viktor İqbekoyi almaqla, AZAL-ı azlıqda qoydu. AZAL azlıqda qol vuran ilk komanda oldu.

Matçın baş hakimi nəinki ilk qırmızını, həm də 1 matçda 2 qırmızı göstərən ilk hakim oldu.