Con Toşak Azərbaycan yığmasının oyununu televiziya ilə izləyəcək
08.08.2011 - 08:38
Con Toşak Azərbaycan yığmasının oyununu televiziya ilə izləyəcək
Makedoniya yığmasının yeni baş məşqçisi Con Toşak Azərbaycan milli komandasının oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis bu 2 ölkənin millərinin avqustun Bakıdakı yoldaşlıq görüşünü televiziyadan izləyəcək. Toşak bunu vətənində edəcək və Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçirilən oyundan sonra Makedoniya milli komandasında baş məşqçi vəzifəsini icra edən Boban Babunskidən ona lazım olan informasiyaları alacaq. Makedoniya Futbol Federasiyası yığmanı millimizlə görüşə çıxarmağı məhz bu gənc mütəxəssisə etibar edib. Babunski Bakıdakı oyundan sonra öz ölkəsinin 21 yaşlılardan ibarət yığmasına qayıdıb, orada işini davam etdirəcək.

Toşak avqustun 25-də isə Makedoniyaya gələcək və ertəsi gün onu rəsmən yığmanın baş məşqçisi kimi təqdim edəcəklər. Təcrübəli mütəxəssisin yeni postunda ilk sınağı Avro-2012-in seçmə mərhələsində Rusiya yığması ilə Moskvadakı rəsmi oyun olacaq.