Vaqif Cavadovun Rusiyada debütü yaxşı qiymətləndirildi
08.08.2011 - 08:51
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasında debütü yaxşı qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, bu ölkənin nüfuzlu “Sport-Ekspress” qəzeti 22 yaşlı hücumçunun Nijni-Novqorodun “Volqa” klubunun heyətində ilk oyununa 5,5 bal verib.
Komandada “Rostov”la görüşdə ən yüksək bal alanların 5,5 aldığını nəzərə alsaq, Vaqifin qiyməti yaxşı sayılmalıdır. Hərçənd, Cavadov Premyer Liqada “siftə”sində 60-cı dəqiqədə meydana daxil olub, bundan 11 dəqiqə sonra rəqibin hücumunun qarşısını kobud aldığına görə baş hakim Lapoçkin tərəfindən sarı vərəqə alıb və “Volqa” 82-ci dəqiqədə buraxdığı topla evdə uduzub – 0:1.
Futbolçumuz ona milli çempionatımızdan yaxşı tanış olan estoniyalı Dmitri Kruqlovla bu dəfə Azərbaycan yox, Rusiya Premyer Liqasında görüşdü. “Rostov”un yeni transferi olan yığmanın sol cinah müdafiəçisi 90 dəqiqə oyununa görə 6 bal alıb. Düzdür, Kruqlov Cavadovdan yüksək qiymət alsa da, o, komandasında ən çox bal alan futbolçu olmayıb.

0
0