Berti Foqts “Aeroport”da danışacaq
08.08.2011 - 09:27
Sabah Azərbaycan milli komandasının açıq məşqi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Makedoniya yığması ilə yoldaşlıq görüşünə hazırlaşan millimiz saat 10:00-da Mərdəkan qəsəbəsində AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da mətbuat üçün açıq məşqə çıxacaq. Bundan 2 saat sonra isə yığmamızın baş məşqçisi Berti Foqtsun “Aeroport” otelində mətbuat konfransı təşkil olunacaq.
Hər iki tədbirdə iştirak etmək istəyən mətbuat nümayəndələri üçün AFFA tərəfindən nəqliyyat ayrılacaq. Jurnalistləri tədbirlərə aparmaq üçün nəzərdə tutulmuş avtomobil avqustun 9-da, saat 9:15-də AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Mənbə: affa.az

0
0