AFFA uşaq evlərini yaddan çıxarmadı
08.08.2011 - 10:54
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Bakının Xəzər rayonunda yerləşən 2 saylı uşaq evində olub. Apasport.az saytının xəbərinə görə, Əliyev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.
0
0