“Azərbaycan millisi qələbə üçün “acdır”
08.08.2011 - 10:58
“Azərbaycan yığması səviyyəli rəqib sayılır. Bu komandada Berti Foqtsun rəhbərliyi altında güclü futbolçular cəmləşib. Onlar qələbə üçün “acdırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Makedoniya millisinin baş məşqçisi Boban Babunski deyib.
Bu vəzifəyə müvəqqəti təyin olunan çalışdırıcı əsas yığmanı avqustun 10-da Bakıda milli komandamızla yoldaşlıq görüşə çıxaracaq. Babunski heyətdəki problemlər haqda danışıb: “İqor Mitreski, Agim İbrahimi, Aleksandar Lazarevski zədə üzündən bu oyunda meydana çıxa bilməyəcəklər. Nikolçe Noveski isə klubundakı bəzi problemlərə görə Bakıdakı görüşdə iştirak etməyəcək. Ancaq bununla belə, bizdə yetərincə səviyyəli futbolçularımız var. Azərbaycanla oyun yoldaşlıq görüşü xarakter daşısa da, bizim üçün nəticə baxımdan vacibdir”.
Babunski çalışdırdığı 21 yaşlılardan ibarət yığmamızdan tanıdığı futbolçuları dəvət etmək haqda düşünür: “Bizdə əsas yığmanın qapısına döyməyə hazır olan bir sıra gənc futbolçular var. Fikrimcə, bu, onların yoxlanışı üçün yaxşı imkandır. Bu, növbəti seçmə mərhələdə yığmaya yeni futbolçuların hazırlanmağına kömək olacaq”.
O, futbolçuların milliyə yaxşı vəziyyətdə gələcəyinə inanır: “Futbolçularımızın çoxu yığmada olmayıb, Azərbaycanla oyuna hazırlaşmasalar da, onların yaxşı vəziyyətdə gələcəyinə inanıram. Bəziləri indi, bəziləri də sonradan hazırlığa qoşulacaqlar. 10-a yaxşı futbolçu isə Vyanada bizə qoşulacaq ki, oradan Bakıya yollanacağıq”.

0
0