“Azərbaycanda aşağı liqaya düşəcək klubu yuxarılara daşıdım”
08.08.2011 - 11:12
“Azərbaycanda aşağı liqaya düşəcək klubu yuxarılara daşıdım”
Ötən mövsümün sonlarında qalmaqallı şəkildə “Turan”dan ayrılan Naci Şensoy özünə yeni komanda tapıb. Apasport.az saytının xəbərinə görə, türkiyəli mütəxəssis Serbiyanın BSK klubunun “sükanı arxası”na keçib.

O, Türkiyə mətbuatına verdiyi müsahibədə Azərbaycandakı fəaliyyətinə də toxunub: “Çox təəssüf ki, Fatih Terimdən sonra Avropaya bir mütəxəssis göndərə bilmədik. Mən isə öncə Bolqarıstan çempionatında kubokun finalında oynadım. Daha sonra Azərbaycanda aşağı liqaya düşəcək komandaları yuxarılara daşıdım. İndi də illərdir bizə məqşçilik dərsi keçən serblərin çalışdırıcısı oldum. Çox güman ki, Azərbaycan və Bolqarıstandakı fəaliyyətim serblərin diqqətini cəlb edib”.

Şensoy bildirib ki, Türkiyə mediasından inciyib: “Azərbaycan mediası mənimlə türk mediasından daha çox maraqlanır”.