Azərbaycan – Makedoniya oyunu belaruslu hakimlərə tapşırıldı
08.08.2011 - 11:27
Avqustun 10-da Azərbaycan yığmasının Makedoniya ilə yoldaşlıq görüşünü idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək matçın baş hakimi Aleksey Kulbakov (Belarus) olacaq. Ona yan xətdə həmyerliləri Andrey Hetsikau və Vitali Malyutsin kömək edəcək. Dördüncü hakim isə həmvətənimiz Rəhim Həsənovdur.
0
0