Vladimir Miçoviç “Turan”a keçmək istəmir
08.08.2011 - 11:59
Vladimir Miçoviç “Turan”a keçmək istəmir
“Turan” qapı xəttindəki problemi aradan qaldırmağa çalışır. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi Azərbaycan futboluna tanış qolkiperlə əməkdaşlıq etmək niyyətindədir.

Belə ki, qərb komandası bu problemi uzun müddət “Neftçi”nin şərəfini qorumuş serbiyalı Vladimir Miçoviçlə aradan qaldıracağına ümid bəsləyir. 36 yaşlı Miçoviçlə danışığa 1 həftə öncə başlanılsa da, hələlik razılıq əldə olunmayıb.