“Qarabağ” “İnter”lə oyuna itkilərlə hazırlaşır
08.08.2011 - 17:29
“Qarabağ” Premyer Liqanın növbəti mövsümünün debüt oyununa itkilərlə hazırlaşır. Apasport.az saytının məlumatına görə, XX çempionatda avqustun 14-də “İnter”lə görüşdə debüt edəcək Ağdam təmsilçisi məşqlərini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirir. Amma bir sıra futbolçular məşqdən kənarda qalıb.
Belə ki, Rəşad Sadıqov, Əfran İsmayılov, Rauf Əliyev milli komandamızın, Admir Teli ilə Ansi Aqolli Albaniya yığmasının düşərgəsinə yollanıb. Onlar avqustun 10-da yoldaşlıq görüşündə iştirak edəcəklər.
Vüqar Nadirovla Rəşad Sadiqov isə zədə səbəbindən “Qarabağ”dan ayrı düşüblər. Vüqarın hələ Avroliqada “Brrügge” ilə ilk oyunda aldığı məlum idisə, Rəşad bu komanda ilə Bakıdakı cavab görüşündə ayaq bağlarından xəsarət alıb. Nəticədə Sadiqovun 3 gün sonra məşqlərə başlaması gözlənilir. Makedoniyalı yarımmüdafiəçi Nderim Nedzipi isə atasının səhhətində yaranan problemlə əlaqədar vətəninə yollanıb.

0
0