Azərbaycan yığması UEFA-da
08.08.2011 - 17:35
Azərbaycan yığması UEFA-da
Bu gün Azərbaycanın 17 yaşlı qadın futbolçulardan ibarət komandası İsveçrənin Nyon şəhərində hazırlıq prosesinə start verib. Apasport.az-ın UEFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, təlim-məşq toplanışı əsasən 2012-ci ildə Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Yığmamızın təlim-məqş toplanışına UEFA-nın mütəxəssisləri də kömək edəcək.

Komandamız İsveçrədə iki yoldaşlıq oyunu keçirməyi də planlaşdırır. Bu görüşlərdən birinin İsveçrənin 16 yaşlı komandası ilə keçiriləcəyi gözlənilir.