Yetişdirdiyi futbolçular “Neftçi”yə lazım olmadı
08.08.2011 - 17:46
"Neftçi" aşağı yaş qruplarında yetişmiş futbolçulardan altısını "Sumqayıt Şəhər" klubuna icarəyə verib. Apasport.az saytının xəbərə görə, Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxasov, Ruslan Tağızadə, Kamil Nurəhmədov və Emil Balayev icarə əsasında mövsümün sonunadək Sumqayıt təmsilçisinin şərəfini qoruyacaqlar.
Bu futbolçulardan dördü - Alxasov, Tağızadə, Nurəhmədov və Quliyev Premyer Liqanın ilk turunda “Xəzər Lənkəran”a qarşı forma geyinib. Cənub təmsilçisinə 1:2 hesabı ilə uduzan sumqayıtlıların yeganə qolunu da Quliyev vurmuşdu.

0
0