Türkiyəli futbolçunun dublu yığmamıza qələbə qazandırdı - YENİLƏNİB
09.08.2011 - 19:55
Türkiyəli futbolçunun dublu yığmamıza qələbə qazandırdı - YENİLƏNİB
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq görüşü keçirib. Apasport.az saytının xəbərinə görə, millimiz Tallinn şəhərindəki “A.Le Coq Arena”da Estoniya yığmasının qonağı olub.

Az öncə başa çatan qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Marek Kaljumaenin qolundan sonra yığmamız oyuna mərkəzdən başlayıb. Fasiləyədək – 32-ci dəqiqədə Almaniyanın “RW Ahlen” klubundan gələn türkiyəli Cihan Özkaranın qoluyla hesabı bərabərləşdirən komandamız ikinci yarıda daha 2 qol vurub. 64-cü dəqiqədə Cihan dublunu rəsmiləşdirib, matçın sona çatmasına 7 dəqiqə qalmış isə Mirhüseyn Seyidov estonları cəzalandırıb – 3:1.