Qus Hiddink TFF rəhbərliyini hədələdi
09.08.2011 - 16:00
Qus Hiddink TFF rəhbərliyini hədələdi
Qus Hiddink Türkiyə Futbol Federasiyasına (TFF) ultimatum verib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısı TFF rəhbərliyini komandasının danışılmış oyunlarda iştirakını öyrənəcəyi halda, postundan gedəcəyi ilə hədələyib.

“Əgər yığmanın danışılmış oyunlarla bağlı qalmaqala cəlb olunduğunu bilsəm, onda postumdan gedəcəyəm. Mən Estoniya ilə oyun öncəsi futbolçularla bu mövzuda söhbətləşdim. Bunu onların ruh yüksəkliyini qaldırmaq üçün etdim. Oyunçulara dedim ki, onlar Türkiyə futbolunun təmiz olduğunu sübut etmək gücündədirlər” – deyə, Hiddink bildirib.

Qeyd edək ki, sabah Estoniya ilə İstanbulda yoldaşlıq görüşü keçirəcək Türkiyə millisi komandamızın cari seçmə mərhələdə rəqiblərindəndir.