Yeni arenada yeni ümid
09.08.2011 - 17:00
Azərbaycan yığması sabah növbəti yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu komandamız Avropanın ortabab yığmalarından sayılan Makedoniya millisini qəbul edəcək.
Oyunun Mərdəkan qəsəbəsində yeni açılan “Dalğa Arena”da keçirilməsi bu qarşılaşmaya marağı daha da artırır. Hər halda, azarkeşlər FİFA-nın qəbul etdiyi, sintetik qazona malik yeni arenamızda “siftə”ni qələbə ilə qeyd etməyimizi arzulayırlar.
Rəqib millimizlə oyun öncəsi baş məşqçi postuna təyin etdiyi məşhur uelsli mütəxəssis Con Toşakı gətirməsə də, Bakıya güclü heyətlə gəlib. Hər halda, bu komandanın ən tanınmış futbolçusu, “vuran ayağı” Qoran Pandev heyətdədir.
İtaliya “İnter”inin təcrübəli hücumçusu Bakıdakı görüşdə yığmasının əsas “qol silahı” olacaq ki, ona xüsusi diqqət yetirməyə dəyər. Makedoniya yığmasının yarımmüdafiəçisi Slavço Georgiyevskini isə təkcə 1 ildir şərəfini qoruduğu “Neftçi”nin yox, milli komandamızın digər futbolçuları da yaxşı tanıyırlar. Rəqibin baş məşqçisi postunu müvəqqəti icra etmək tapşırılan Boban Babunski isə Bakıdan oyundan sonra 21 yaşlılardan ibarət yığmasının “sükanı arxası”na qayıdacaq. Babunski vətənində “Rabotniçki” klubunu çalışdırdığı vaxtdan, 3 il öncə Bakı “İnter”inə Çempionlar Liqasında I təsnifat mərhələsində uduzduğu görüşlərdə futbolumuzla tanış olub.
Təbii ki, yoldaşlıq görüşü futbolçuları, əsasən də yeniləri sınamaq baxımından vacibdir. Foqts da bunu etməyi qarşısına məqsəd qoysa da, makedoniyalılarla görüşü vacib edən başqa amillər də var.
Axı millimizi cari seçmə mərhələdə ardıcıl 3 ev oyunu gözləyir ki, bundan Belçika və Qazaxıstanla görüşləri sentyabrın əvvəlində 4 gün ərzində (2-də və 6-da) keçirəcəyik. Oktyabrın ilk yarısında isə bu qısa müddətdə Avstriyanı qəbul edib, ardında Türkiyə yığması ilə səfər oyununa çıxacağıq. Makedoniya ilə görüş bizim üçün vacib rəsmi oyunlar öncəsi son sınaq olacaq. Foqts yoxlama oyununda eksperimentləri edib, son rəsmi oyunlara optimal heyəti müəyyənləşdirməlidir.
Bu mənada Almaniyanın “Frayburq” klubundan dəvət edilən Ufuk Budakın da taleyinə böyük ölçüdə aydınlıq gələcək. Foqts gənc türkiyəli futbolçunu problemli saydığı müdafiənin sol cinahına 2-ci hissədə meydana buraxmaq fikrindədir.
İyunun 7-də Almaniya ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü nəzərə alsaq, ardıcıl 2-ci ev oyununa çıxacaq millimiz bu il hələlik məğlubiyyətləri sıralayır. Bu, təkcə rəsmi yox, yoldaşlıq görüşlərində də olub. Söhbət Dubaydakı təlim-məşq toplanışında Ukraynanın “Metalllist” (0:1) və Macarıstan yığması (0:2) ilə oyunlara da aiddir. Necə deyərlər, bu uğursuzluğa son qoymağın vaxtıdır və azarkeşlərimiz yığmadan ən azı heç-heçə gözləyirlər.
Qeyd edək ki, saat 20:00-da başlayacaq Azərbaycan – Makedoniya oyununu Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.
Mehman SÜLEYMANOV

0
0