Uinston Parks: Onların da sevgisini qazanacağam
09.08.2011 - 16:42
“İlk oyunda səhvlərimiz oldu. Bu səhvlərin üzərində işləyib, gələcək görüşlərdə qələbə qazanmaq üçün çalışırıq. Əminəm ki, zaman keçdikcə daha güclü “Bakı” görəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferi Uinston Parks deyib.
Komandada uyğunlaşma probleminin qalmadığını bildirən kosta-rikalı futbolçu iki hücumçu ilə oynamağın çətin olduğunu düşünür: “Bakı”da uyğunlaşma dövrünün sona çatdığını düşünürəm. Komandamızın hər bir üzvündə qələbə ruhu olmalıdır və hər kəs top uğrunda sonadək mübarizə aparmalıdır. Bundan əlavə, iki hücumçu ilə oynamaq bizim üçün bir qədər çətinlik yaradır”.
Növbəti turda “Simurq”la baş tutacaq oyundan da danışan forvard qələbə qazanacaqlarına inandığını söyləyib: "Simurq"la oyunda mütləq qələbə qazanmalıyıq. Bunun üçün meydana çıxıb, əlimizdən gələni edəcəyik. Rəqibdən çəkinməmək lazımdır. İnanıram ki, ilk ev oyunumuzda hər mövqedə yaxşı oynayıb, qələbə qazanacağıq. Qol buraxsaq belə, bu futboldur, ruhdan düşməyib, mübarizə aparmalıyıq. Zənnimcə, komandamızda yaxşı futbolçular var və onlar nəyə qadir olduqlarını göstərəcəklər”.
“Bakı”ya bağlılığını ifadə edən Parks klubun saytı vasitəsilə yerli azarkeşlərə də səslənib: “Şəxsən mənə gəldikdə, həmişə iddialı klublarda forma geymişəm. “Bakı” da istisna deyil. Meydana yalnız qələbə üçün çıxıram. Formasını geydiyim kluba ürəyimlə bağlıyam. “Bakı” azarkeşlərinə demək istərdim ki, səbrli olsunlar, öz oyunumla onların da sevgisini qazanacağam”.

0
0